• 19 Oktyabr 2026
logo
Konfrans Liqası: "Neftçi" və "Qəbələ" mübarizəyə başlayır

Konfrans Liqası: "Neftçi" və "Qəbələ" mübarizəyə başlayır

"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

Baymedia.az xəbər verir ki, II təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək.

"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

27 iyul

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr)

Baş hakim: Andrey Çivulete (Rumıniya)

Qəbələ şəhər stadionu

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya)

Sarayevo, "Qrbavitsa" stadionu