Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlıqlar davam edir.
Bu barədə Baymedia.az-a mərkəzi arenanın direktoru Tələt Məmmədov məlumat verib.
O, matça hazırlığın yaxşı getdiyini bildirib. Direktor meydanın ot örtüyünün yüksək səviyyədə olduğunu da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 2:0 hesabı ilə üstələyib. Avqustun 31-də baş tutacaq "Qarabağ" - "Olimpiya" oyunu saat 20:00-da start götürəcək.