• 19 Oktyabr 2026
logo
Azərbaycan millisi yoldaşlıq oyununda məğlub olub

Azərbaycan millisi yoldaşlıq oyununda məğlub olub

Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına hazırlaşan minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Baymedia.az xəbər verir ki, yığma komanda Ras Əl-Xayma şəhərində Çexiya ilə qarşılaşıb. Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.