İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres inanılmaz uğura imza atıb.
Baymedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya Superkubokunun finalında “Barselona” üzərində qələbə 77 yaşlı funksioneri Madrid təmsilçisinin tarixində ən titullu klub prezidenti edib.
“Kral klubu”nun rəhbəri kimi 32-ci titulunu qazanan F.Peres bu göstərici ilə Santyaqo Bernabeunu geridə qoyub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirilmiş matçda “Real Madrid” əzəli rəqibi “Barselona”ya 4:1 hesabı ilə qalib gələrək Superkubokun qalibi olub.