• 1 Sentyabr 2026
logo
“Qarabağ” klubunun akademiyasına yeni məşqçi təyin olunub

“Qarabağ” klubunun akademiyasına yeni məşqçi təyin olunub

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Klubdan Baymedia.az-verilən məlumata görə, Vüqar Əsgərli bundan sonra Ağdam təmsilçisinin akademiyasında çalışacaq.

O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, son iş yeri I Liqa təmsilçisi “Şamaxı” olan Vüqar Əsgərli daha əvvəl 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi kimi çalışıb.