• 1 Sentyabr 2026
logo
Yüksək Liqa: “Gəncə” çətin qələbə qazanıb

Yüksək Liqa: “Gəncə” çətin qələbə qazanıb

Qadın voleybolçuların Yüksək Liqasında XI tura start verilib.

Baymedia.az xəbər verir ki, açılış oyununda “Milli Aviasiya Akademiyası” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə”ni qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun hazırda davam edən digər matçında isə “Murov Az Terminal” və “Abşeron” üz-üzə gəlir.

Qeyd edək ki, hazırda “Gəncə” 15 xalla 4-cü yerdədir. Aktivində 10 xalı olan “Milli Aviasiya Akademiyası” isə 5-ci pillədə qərarlaşıb.