• 1 Sentyabr 2026
logo
Azərbaycan Premyer Liqası: Bu mövsüm eyni göstərici beşinci dəfə təkrarlanıb

Azərbaycan Premyer Liqası: Bu mövsüm eyni göstərici beşinci dəfə təkrarlanıb

Azərbaycan Premyer Liqasının XXII turunda qapılara 15 qol vurulub.

Baymedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sabah” (3:3), “Kəpəz” – “Səbail” (1:4), “Turan Tovuz” – “Qəbələ” (2:1) və “Araz-Naxçıvan” – “Neftçi” (1:0) oyunlarında qollar qeydə alınıbsa, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Beş görüşdə orta hesabla 3 top vurulub. 2023-2024-cü illər mövsümündə 5-ci dəfə bu göstərici ən azı 3-ə bərabər olub.

Rekord X və XVI turlarda gerçəkləşib. Həmin vaxt 19 qol qeydə alınıb. Premyer Liqa klubları XII turda 16, I turda isə 15 dəfə fərqləniblər.