• 1 Sentyabr 2026
logo
Azərbaycan atıcısı Almaniyada gümüş medal qazanıb

Azərbaycan atıcısı Almaniyada gümüş medal qazanıb

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirdə gümüş medal qazanıb.

Baymedia.az xəbər verir ki, o, qadınlar arasında pnevmatik tapançadan atəş üzrə yarışda buna nail olub.

X.Əliyeva 235.2 xalla toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.