Siyasət elmindən başı çıxan şəxslər hansisa siyasi liderin yox ideologiyanın, vətənin, milli düşüncənin arxasınca getməlidir. Siyasətdə dostlar yoxdur, siyasətdə daimi maraqlar var o üzdən siyasi konfiqurasiya, maraqlar hər gün dəyişə biləcəyindən avtomatik olaraq mövqelərdə dəyişə bilər. Bu gün Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə dünyanın qütbləşməsi açıq-aydın özünü göstərdiyi bir vəziyyətdə yalniz Türkiyə və Azərbaycanın balanslaşdırılan siyasət apardığını görürürük, yəni müharibə aparan hər iki tərəflə münasibətləri qoruyub saxlaya bilillər.
Bunu "Xalq Cəbhəsi"nə Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev deyib.
Onun sözlərinə görə, amma bəzi naşı, savadsız insanlar onları bu siyasətdə günahlandırır, mütləq hansınınsa tərəfində olmağa cağırlrlar: "Ərdoğanın, Türkiyə kəşfiyyatının əlində yetərincə dəyərli məlumatlar olduğundan onlar buna uyğun siyasət yeridirlər, yəni tam əmindirlər ki, Amerika və anqlo saksonlar Rusiyanı çökdürdükdən sonra Yunanıstanın (Ermənistan, Suriya və s) əliylə analoji siyasəti Türkiyəyə qarşı aparmaği düşünürlər. Yunanıstanın müasir silahlarla silahlandırılması, Ermənistanda, Gürcüstanda hərbi bazalar yaratmaq arzusu, Suriyada PKK, YPĞ və digər terroristləri Türkiyəyə qarşı silahlandırıliması və s. bunu sübut edir. Son vaxtlar ABŞ İran arasinda bağlamağı nəzərdə tutulan müqavilə, sanjsiyalarin ləğvi və s. hamısı Türkiyəyə qarşı atılmiş addım sayıla bilər".
F.Əliyev qeyd edib ki, Pentaqonun Gürcüstanda son vaxtlar aktivləşərək hərbi təlimlər keçirməsi, ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşa səfərindən imtina etmələri, ölüyə çevrilən Minsk qrupunu diriltmək, Azərbaycan və Ermənistan arasında danışıqlara başlamaq təklifi və s. ona deməyə əsas verir ki, bu, yaradılması nəzərdə tutulan Turan birliyinə qarşı hazırlanıb: "Gürcüstanın Rusiya-Ukrayna müharibəsinə qoşulmaqla Kremlə ikinci cəbhə açmaq istəyi bizi Gürcüstan vətəndaşi və bir türk kimi qane etmir. O üzdən Gürcüstanda İranın "psevdo hüseynçilər", Amerika, Fransa və başqa ölkələrin maliyyələşdirdiyi VMHP, Avropalı Gürcüstan, Lelo və s. bu tipli Gürcüstan və Türk əleyhinə olan qüvvələrə qarşı mübarizə aparmalıyıq. "Gürcü Arzusu" ilə birlikdə 20 ildir ki, Gürcüstanı anlasilmaz bir vəziyyətə salmalarına qarşı mübarizə aparmalı və Gürcüstan siyasi səhnəsinə xaricdən idarə olunmayan, Gürcüstan yönümlü siyasi partiyalarin hakimiyyətə gəlməsinə çalışmalıyıq". Partiya sədri onu da vurğulayıb ki, ABŞ, Fransa və başqa ölkələrin türkə, Gürcüstana qarşı apardığı Ukraynaya oxşar analoji siyasət bizi qane edə bilməz və biz qətiyyətlə buna qarşı mübarizə aparacağıq.
Cavid