• 18 Oktyabr 2024
logo
Qızından Tatlısəs haqqında “şiddət” iddiası

Qızından Tatlısəs haqqında “şiddət” iddiası

Bir qız uşağına edilən şiddəti, psixoloji təzyiqi, istismarı hər kəs bilməli və görməlidir.

Baymedia.az xəbər verir ki, bu sözləri türkiyəli müğənni İbrahim Tatlısəsin nikahdankənar qızı Dilan Çıtak Tatlısəs sosial media hesabında yazıb.

O, paylaşımında ad çəkmədən atası İbrahim Tatlısasə eyham vurub:

“Bu gün mən susuramsa, sabah daha çox şiddətə məruz qalan uşaqlarımız olacaq. Danışacaqlarımdan sonra bütün dünya belə bir şiddət meyillisini sevməyə davam edə bilər, amma artıq hər kəs həqiqəti bilməlidir ki, mən aid olmadığım bu libası hüzurla üzərimdən çıxarıram”.

Qeyd edək ki, İbrahim Tatlısəs qızı Dilan Çıtak Tatlısəsi sosial media hesabında izləmədən çıxararaq, birlikdə çəkilmiş fotolarını silməsi ilə böyük diqqət çəkib.