Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.