Abşeronda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavod ərazisində beton hasarın uçması nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakashın xəstəxanada ölüb.
Fakt araşdırılır.