Dəyərli fermerlər, pambıqçılıqla məşğul olan iş adamları, bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin 18 hektarlıq pambıq plantasiyalarında məhsul toplanışı ilə əlaqədar aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən edildi ki, artıq 08 sentyabr 2025- ci il tarixdən yerli Gəncə 160 və Gəncə 183 sortları üzrə yığıma başlamaq lazımdır.
Sahədə mövcud qozaların təxminən 75-80%- açmış və yağışlar başlamamış məhsul toplanaraq aidiyyəti üzrə işlənməlidir. Hər 2 sortda lif çıxımı 38-39% olsa da məhsulu tez bir zamanda yığıb təxminən 15-20 oktyabra kimi toplayıb, sahəni şumlamaq və payızlıq taxıllar səpmək lazımdır. Bu həm də növbəli əkin dövriyyəsinə əməl edilməsinə bir siqnaldır.
Maraqlananlar birbaşa sahədə vəziyyəti dəyərləndirə bilərlər. Türkiyə və yunan sortlarında lif çıxımı 43-45% olsa da gec yetişəndirlər. Bəzi illərdə rayonlarda pambıq yığımı dekadrın sonlarına qədər davam edir, dekabrda toplanan pambığın keyfiyyətib barədə danışmaq belə artıqdır. Ona görə də yerli sortlara güvənilməlidir. Hər kəsə uğurlar!
İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor