• 8 Sentyabr 2024
logo
Gənc rəssamların “Həmdəm" adlı fərdi sərgisi

Gənc rəssamların “Həmdəm" adlı fərdi sərgisi

Gənc və istedadlı rəssamlar Turan Bağırova və Günel Məlikovanın əsərlərinin Narjih Galleri sərgi salonunda “Həmdəm" adlı fərdi sərgisi keçirilmişdir. Sərgidə Turan Bağırova xəttatlıq, Günel Məlikova isə ornament sənəti üzrə əsərlərini nümayiş etdiriblər. Bir-birinə daim həmdəm olan iki yaradıcı insanın ərsəyə gətirdiyi rəsmlər cəmi üç aya hazırlanıb.
Sərgidə iki fərqli sahənin bir-birini tamamlaması diqqətdən qaçmayıb. Qeyd edək ki, T.Bağırova və G.Məlikova rəssamlıq təhsili alıblar, buna qədər də müxtəlif sərgilərdə və tədbirlərdə öz rəsm əsərləri ilə iştirak ediblər.