• 2 May 2024
logo
İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir

İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir

İranın Ermənsitandakı səfirliyinin təşkilatçılığı ilə İrəvandakı Sloveniya Universitetində Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş elmi toplantı keçirilib.

Baymedia.az İRNA-ya istinadən xəbər verir ki, toplantıda çıxış edən səfir Mehdi Sübhani bildirib ki, Sovet İttifaqının millət və kimlik quruculuğu üçün apardığı siyasi kampaniyanın və onun yazıçıları və şərqşünaslarının özünəməxsus məktəblər yaratmaq, Nizamini qeyri-iranlı şair kimi tanıtmaq və onun əsərlərini təhrif etmək cəhdlərinin əksinə olaraq, Nizami bütün şeirlərini fars dilində yazan iranlı və müsəlman şair olmuşdur.

Sloveniya Universitetinin Şərqşünaslıq fakültəsinin rektoru Asatryan çıxışında Nizaminin şeirlərinə istinad edərək deyib ki, bu şairin kökü tamamilə iranlıdır və onun türkdilli olması ilə bağlı deyilənlər tamamilə əsassızdır.