• 17 May 2024
logo
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş

Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş

Bu gün Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında əməkdar jurnalist, şair Elçin Mirzəbəyli ilə görüş keçirilib. Görüşdə Səbail rayon MKS-nin direktoru Nərmin Xəlilova, fəal oxucular, kitabxana əməkdaşları, qonaqlar iştirak etdilər. Görüşdə Elçin Mirzəbəylinin yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub, iştirakçıların şairin ifasında şeirlərindən parçalar səsləndirilib. Elçin Mirzəbəyli “Anamın duası” kitabında yer alan şeirlərindən bir neçəsini oxuyub və ona ünvanlanan sualları cavablandırıb.