• 14 İyul 2025
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 59 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 59 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 58,87 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 may 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 0,1% azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.