• 6 İyul 2025
logo
Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı olub

Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı olub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov sabah Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) Yunanıstanın Komotini şəhərində baş tutacaq açılışında iştirak edib.
Bu barədə Pərviz Şahbazov öz “Twitter“ hesabında paylaşım edib.
“Komotinidə strateji əhəmiyyətli IGB -nin açılış mərasimində iştirak etdim. Bolqarıstana iyuldan tam həcmdə, gündəlik 2.6 mln. kubmetr qaz ixrac edən Azərbaycan şaxələndirilmiş qaz təchizatının sabit mənbəyi və etibarlı, strateji tərəfdaşdır”, - paylaşımda bildirilir.
Xatırladaq ki, Azərbaycan qazını Bolqarıstana daşıyan IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.