• 28 Aprel 2024
logo
Bakıda avtomobildən oğurluq edənlər tutuldu

Bakıda avtomobildən oğurluq edənlər tutuldu

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Baymedia.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.