• 28 Aprel 2024
logo
Evdən 2 min dollar oğurlanıb

Evdən 2 min dollar oğurlanıb

Bakıda evlərdən birindən 2 min dollar oğurlanıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.