• 28 Aprel 2024
logo
Xankəndidə saatlı bomba tapıldı

Xankəndidə saatlı bomba tapıldı

Xankəndi şəhərində saatlı bomba və digər silah-sursat aşkarlanıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.