• 5 Fevral 2025
logo
Bakıda qəza: svetofor yararsız vəziyyətə düşdü - Foto

Bakıda qəza: svetofor yararsız vəziyyətə düşdü - Foto

Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən Baymedia.az-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir svetofor dirəyi yararsız vəziyyətə düşüb.

Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür.