• 3 May 2024
logo
İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb?

İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb?

Ermənistan Daxili İşlər Nazirliyi virtual məkanda İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.

Məlumata görə, İrəvanın mərkəzində polis rusiyalı turisti narkotik maddədə şübhəli bilinərək saxlayıb:

“Hadisə ötən gecə baş verib. Rusiya vətəndaşı Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində saxlanılaraq paytaxt administrasiyasının mərkəzi şöbəsinə aparılıb. Lakin onun üzərindən narkotik tapılmayıb və onun Ermənistana turist kimi gəldiyi məlum olub”.

Qeyd edək ki, erməni mətbuatında İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanıldığı barədə xəbər yayılmışdı.