• 3 May 2024
logo
Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var

Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var

Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.

Baymedia.az xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.

Ümumi sahəsi 190 kvadratmetr olan 2 mərtəbəli evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürlüb. Evə baxış zamanı, 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyti tapılıb.

Faktla bağlı araşdırma aparılır.