• 3 May 2024
logo
Sabirabadda maşın dərəyə aşdı: ölən var

Sabirabadda maşın dərəyə aşdı: ölən var

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Sabir Bayram oğlu Məmmədov hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü Dostu Əliyar qızı İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.