• 26 Dekabr 2024
logo
İcra Hakimiyyəti: Güclü külək Cəlilabadda iki kəndin elektrik xətlərini qırıb

İcra Hakimiyyəti: Güclü külək Cəlilabadda iki kəndin elektrik xətlərini qırıb

Cənub bölgəsində baş verən güclü külək və yağış Cəlilabad rayonunun enerji təsərrüfatına ziyan vurub.
Bu barədə Trend-ə açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Mənsur Məmmədov deyib.
Komissiya sədri bildirib ki, rayonun iki kəndinə gedən elektrik xəttində açılmalar olub: "Külək səbəbindən rayonun Qasımbəyli və Qarakazımlı kəndlərinə gedən elektrik xətləri qırılıb. Hazırda həmin ərazilərə elekrtik enerjisinin verilməsi ilə əlaqədar bərpa işləri davam etdirilir. Yaxın saatlarda bərpa işləri başa çatacaq və həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq".