• 8 Sentyabr 2024
logo
Əmi və bibisinin tövləsini yandırıb 16 min ziyan vurdu

Əmi və bibisinin tövləsini yandırıb 16 min ziyan vurdu

Cəlilabadda yanğın hadisəsi olub.

Baymedia.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Komanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinə məxsus iki tövlə, içərisində 8 baş iribuynuzlu heyvan və 550 bağlama otla birlikdə yanıb.

Bu barədə polisə məlumat verilib.

Həmin yardımçı tikililəri qəsdən yandırmaqda şübhəli bilinən zərərçəkmişlərin qohumu Qabil Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxsin qonşuluqda yaşayan əmisi və bibisinə məxsus tövlələri yandırmaqla onlara ümumilikdə 16 min manata yaxın ziyan vurduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.