• 18 Oktyabr 2024
logo
Dünyada hər il 236 min insan suda boğulur - BMT

Dünyada hər il 236 min insan suda boğulur - BMT

İyulun 25-də Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü qeyd edilir.

Baymedia.az xəbər verir ki, bu münasibətlə BMT-nin mətbuat üçün açıqlamasında hər il təxminən 236 min insanın suda boğulduğu diqqətə çatdırılır. Təşkilat qeyd edir ki, bu faciələr dünyada böyük ictimai sağlamlıq probleminə çevrilir. Dünya miqyasında 1-24 yaş arası uşaq və gənclər arasında boğulma əsas ölüm səbəblərindən biridir.

BMT qeyd edir ki, qəsdən boğulma nəticəsində ölümlərin 90 faizdən çoxu aşağı və orta gəlirli ölkələrin payına düşür. Dünya üzrə boğulma hallarının yarısından çoxu Qərbi Sakit Okean və Cənub-Şərqi Asiya regionlarında baş verir. Bu faciələr Qərbi Sakit Okean bölgəsində ən yüksəkdir və müvafiq olaraq Böyük Britaniya və Almaniyada müşahidə olunandan 27-32 dəfə çoxdur.

BMT Baş Assambleyasının A/RES/75/273 qətnaməsi ilə 2021-ci ilin aprel ayında elan edilmiş Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü hər il iyulun 25-də qeyd edilir. Bu qlobal təbliğat tədbiri boğulmanın ailələrə və icmalara faciəli və dərin təsirini vurğulamaq, onların qarşısını almaq üçün həyati xilasedici həllər təklif etmək üçün bir fürsət kimi xidmət edir.