• 18 Oktyabr 2024
logo
Qonşu ölkədə zəlzələ baş verdi

Qonşu ölkədə zəlzələ baş verdi

Gürcüstanın qərbindəki Sameqrelo - Zemo Svaneti bölgəsinin Çxorotsku qəsəbəsi yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Çxorotskudan 13 kilometr şimal-şərqdə, Taya kəndindən üç kilometr aralıda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.