• 16 Sentyabr 2024
logo
Zərdabda 18 yaşlı qız əməliyyatdan sonra öldü

Zərdabda 18 yaşlı qız əməliyyatdan sonra öldü

14:53

Zərdabda 18 yaşlı qız vəfat edib.

Baymedia.az Modern.az-a istinadla xəbər verir ki, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Qoruqbağı kənd sakininin ötən gün keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.

***

Zərdab Rayon Mərkəzi Xəstəxanasında qızın əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Aytən Ramil qızı Qarayeva kor bağırsaqdan əməliyyat edilib.

"Gecə sancısı tutub, əməliyyata qaldırılıb. Əvvəl hər şey yaxşı olub, narkozdan ayılıb. Sonra qəfildən halı pisləşib və dünyasını dəyişib", - deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.