• 16 Sentyabr 2024
logo
Şirvanda əməliyyat: saxlanılan var

Şirvanda əməliyyat: saxlanılan var

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.

Bu barədə Baymedia.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.

Ona zəng edənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev zərərçəkənlərlə əlaqəni kəsib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.