• 16 Sentyabr 2024
logo
4 yaşlı Ağsu Tədris Mərkəzinin böyük uğurları

4 yaşlı Ağsu Tədris Mərkəzinin böyük uğurları

Bu gün Ağsu Tədris Mərkəzinin quruluşunun 4 illiyi və mərkəzin şagirdlərinin yüksək nəticələrlə tələbə adını qazanması münasibətilə təntənəli mərasim keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov, müxtəlif ictimai təşkilatların rəhbərləri və nümayəndələri, məktəb direktorları, təhsil işçiləri, müəllimlər, valideynlər, şəhid ailələri, media təmsilçiləri iştirak ediblər.
Təntənəli mərasimdə çıxış edən qonaqlar şagirdləri qazandıqları uğurlu nəticələr münasibətilə təbrik edib, onlara gələcək həyatları ilə bağlı öz tövsiyələrini verdilər.
Tədbirdə tələbə adını qazanmış şagirdlərə kompüter və 1000 AZN pul mükafatı təqdim edilib, eləcə də bu böyük nailiyyətdə əməyi olan müəllimlər, məktəb direktorları, təhsilə dəstək olan xeyriyyəçi iş adamları təltif olunublar.
Ağsu Tədris Mərkəzinin rəhbəri Güvənc Türkmən BayMedia-ya açıqlamasında bildirib ki, mərkəz hər il yüksək nəticələrlə işinin peşəkarlığını və keyfiyyətini sübut edir. O deyib: “Gənclərin tələbə adını qazanmalarında, savadlı, vətənpərvər şəxsiyyətlər kimi yetişmələrində ATM komandasının da payının olması qürurvericidir. Daha çox gəncin uğurlu gələcəyində rol almaq üçün çalışmağa davam edəcəyik.
Təbrik edirik sizi, əziz şagirdlər. Yolunuz açıq olsun”.