Rusiyada bir sıra cinayətlərə görə sonradan əldə olunmuş vətəndaşlıq ləğv edilə bilər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, qətl, qrup şəklində zorlama və xüsusi qəddarlıqla zorakılıq sonradan əldə edilmiş vətəndaşlıqdan məhrum etmək üçün əsas ola bilər.