• 18 Sentyabr 2024
logo
Gürcüstanla sərhəddə nə qədər maşın gözləyir?

Gürcüstanla sərhəddə nə qədər maşın gözləyir?

Azərbaycan-Gürcüstan sərhədində yerləşən Qırmızı Körpü gömrük postunda 400 avtomobil gözləyir.

Baymedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Samur” gömrük postunda 23, "Mazımqara" gömrük postunda 6, "Biləsuvar" gömrük postunda 13, “Astara" gömrük postunda isə 16 yük avtomobili gözləyir.

Bildirilir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.