• 19 Sentyabr 2024
logo
Azad edilmiş ərazilərdə daha 59 mina, 690 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 59 mina, 690 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.09.2024 - 15.09.2024) açıqlanıb.

ANAMA-dan Baymedia.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 44 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 690 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 115 hektar ərazi mina və PHS-lərdən təmizlənib.