• 19 Sentyabr 2024
logo
İranda avtobus qəzasında azı 10 nəfər həlak olub

İranda avtobus qəzasında azı 10 nəfər həlak olub

İranın Yəzd əyalətində ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər həlak olub.

Baymedia.az Tasnim agentliyinə istinadla xəbər verir ki, qəza yerli vaxtla təxminən saat 02:30 radələrində baş verib. Buşəhrdən Məşhədə gedən sərnişin avtobusu Yəzd-Təbəs avtomobil yolunun 140-cı kilometrində aşıb.

İlkin məlumatlara görə, qəza nəticəsində 10 nəfər ölüb, 41 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aralarında çoxlu qadın və uşaqların da olduğu yaralılar yaxınlıqda yerləşən xəstəxanalara aparılıb.