• 19 Sentyabr 2024
logo
Həbs olunan Paşayev axtarışa verildi

Həbs olunan Paşayev axtarışa verildi

Tanınmış vəkil Elman Paşayev Rusiya Federal Vergi Xidməti tərəfindən də axtarışa verilib.

Baymedia.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, onun dövlətə 707 min rubl (13 295 manat) borcu var:

“Ötən gün onun hüquq bürosu olan “Elman Group”un hesabları üzrə əməliyyatlar vergiləri ödəmədiyi üçün dayandırılıb. Şirkətin saytı artıq işləmir”.

Qeyd edək ki, Elman Paşayev Moskvada Aleksey Blinovskini azadlığa buraxdıracağı vədi ilə külli miqdarda pul aldığı üçün saxlanılıb.