• 19 Sentyabr 2024
logo
Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var

Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "Mercedes-Benz" markalı minik maşını toqquşub.

Toqquşma nəticəsində hər iki avtomobili yoldan çıxaraq, yol kənarındakı divara çırpılıb.

Qəzada hər iki nəqliyyat vasitəsinin sürücüləri və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO