• 21 Dekabr 2024
logo
Xalxallı gənc həbs cəzasına məhkum edildi

Xalxallı gənc həbs cəzasına məhkum edildi

Güney azərbaycanın Xalxal şəhərindən olan 22 yaşlı Məhəmmədrza Xəlili 1 il həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Rəşt şəhərinin məhkəməsinin 18-ci bölməsi azərbaycanlı gənci "vətəndaşları qırğına və münaqişəyə təhrik və sövq etmək"də günahlandırıb.

M.Xəlili 15 noyabr 2023-cü ildə sosial mediada "Astaranın Ərdəbil əyalətinə birləşdirilməsi" adı altında imza kampaniyası başlatdıqdan sonra həbs edilib.

O, 8 dekabr 2023-cü ildə 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir.

Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.

Sonralar ölkənin inzibati ərazi bölgüsündə Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi şəhər sakinləri Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər yayıblar.