Bakıda 80 yaşlı qadına qarşı dələduzluq edilib.
APA DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən Bakı şəhər sakini olan 80 yaşlı qadın onu aldadan şəxsin 2000 manat və 2000 ABŞ dollarını ələ keçirdiyini bildirib.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı X.Ağamirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.