Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 12-də və 13-də ümumi çəkisi 12,4 kiloqrama yaxın narkotik vasitə, həmçinin 1058 ədəd müxtəlif adda psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.