• 22 Oktyabr 2024
logo
Belçika nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Belçika nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Belçika Krallığı Xarici İşlər Nazirliyinin İkitərəfli məsələlər üzrə Baş direktoru Yerun Koreman və Şərqi və Cənubi Avropa, Mərkəzi Asiya idarəsinin rəisi Filip Benuadla görüş keçirilib.
Görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə belçikalı diplomatlara məlumat verilib.
Görüş zamanı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Belçikanın dəstəyi və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə həmçinin Azərbaycan Respublikasının Belçikadakı və həmin ölkənin Azərbaycandakı səfirləri iştirak ediblər.