İngiltərədə yaşayan azərbaycanlı həkim İlhamə Cəfərli həmişə tibb sahəsində dəyişiklik etmək arzusunda olub. Gənc yaşlarından fitri istedada sahib olan İlhamə Cəfərli təhsili ilə bağlı demək olar ki, fədakarlıq göstərib, nəticədə Londonda cərrah olaraq fəaliyyətini davam etdirir. Üç beynəlxalq dərəcəsi və güclü akademik biliyi olan İlhamə Cəfərli öz sahəsində bacarığı və yüksık insani keyfiyyətləri ilə böyük nüfuz qzanıb.
İ. Cəfərova cərrahi işlərlə yanaşı, tədqiqat və təhsilə də həvəs göstərir. O, vaxtını yeddi nüfuzlu tibb jurnalında beynəlxalq redaktor olmağa həsr edib, burada öz bilik və fikirlərini qlobal auditoriya ilə bölüşüb. Onun əsaslı tədqiqatları yenilikləri və tibb ictimaiyyətinə təsiri ilə bütün dünyada tanınıb.
Doktor İlhamə Cəfərli öz bacarıqlarını və biliyini daha da artırmaq üçün liderlik və idarəetmə ixtisası üzrə də təhsil tamamlayıb və bu qərar onun karyerasında mühüm rol oynayır. Onun liderlik keyfiyyətləri və strateji idarəetmə sahəsində təcrübəsi Kraliça II Elizabetin Kral nizamnaməsi ilə təsis edilmiş YüksəkTəhsil İnstitutunun sədri Fəxri Lord Lingfield Kt DL tərəfindən yüksək qiymətləndirilib. İlhamə Cəfərlinin davamlı öyrənməyə və peşəkar inkişafa sadiqliyi ona tibb sahəsində lider kimi reputasiyasını möhkəmləndirərək, ona yüksək Səviyyəli Sertifikatı qazandıb.
lhamə Cəfərlinin cərrah, tədqiqatçı, redaktor, pedaqoq kimi keçdiyi yol əlamətdardır. Onun tibb və elmin inkişafına verdiyi töhfələr gələcək nəsillər üçün bir meyar olacaq və səhiyyə sənayesinə davamlı təsir göstərəcək.
Eyni zamanda o, Amerika Cərrahlar Kollecinin Təhsil Komitəsinə üzv seçilib.
Elnur Eltürk