Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən xəbərə görə, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda vurğulanıb.