• 30 Aprel 2025
logo
Şirvanda qazi avtoxuliqanlığa görə saxlanılıb

Şirvanda qazi avtoxuliqanlığa görə saxlanılıb

Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq hərəkətləri törədən qazi 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, o, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.

Törətdiyi hərəkətlərinə görə saxlanılan H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.