Son sutka ərzində dünyada koronavirus infeksiyasına 80 minədək insan yoluxub, təxminən 4 min nəfər də bu virusun qurbanı olub.
Bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
04 may tarixli statistikaya görə, dünyada 3 643 271 nəfər yeni növ koronavirusa yoluxub, 252 241 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 79 582 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 4096 nəfər artıb.