• 2 İyul 2025
logo
Zeynəb Xanlarovanın oğlu: “Anam Bakıda evdədir, səhhəti də yaxşıdır”

Zeynəb Xanlarovanın oğlu: “Anam Bakıda evdədir, səhhəti də yaxşıdır”

“Zeynəb Xanlarovanın səhhəti qaydasındadır, heç bir problem yoxdur”.

Bu barədə APA-ya Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev məlumat verib.

“Anam Bakıda evdədir. Allaha şükür, səhhəti də yaxşıdır. Bu xəbərlər yalandır”, - deyə o bildirib.