• 27 Dekabr 2024
logo
"Meyvəli"də kütləvi zəhərlənmə olub

"Meyvəli"də kütləvi zəhərlənmə olub

Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasında kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdiriblər:
"Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin şəxsləri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər".
KTM-dən Trend-ə verilən məlumata görə, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımi yardımlar edilir. Xəstələrin vəziyyətləri orta-ağırdır.