Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının video-konfrans formatında növbəti iclası keçirilib.
Palatadan verilən məlumata görə, Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi video-konfransda bir sıra məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Belə ki, iclasda Auditorlar Palatasında auditor təşkilatlarının, sərbəst auditorların və onların sifarişçilərinin kommersiya sirri təşkil edən, həmçinin xüsusi məlumatlarının məxfi saxlanılması barədə, bir sıra auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinin plandankənar monitorinqinin həyata keçirilməsi barədə, Palatanın üzvlərinin hüquq və vəzifələri haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə, ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə məsələlər müzakirə olunub.