“Koronavirusa yoluxanlardan başqa, digər xəstələrin müalicəsi üçün yoluxmanın səviyyəsini azaltmağa çalışmalıyıq”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, əks halda digər xəstələr tibbi xidmət almaqda çətinlik çəkə bilərlər: “İnsanlar karantin rejiminə ciddi əməl etsin, özlərini, yaxınlarını qorusunlar”.